“Heç-heçə də edə bilərdik” – Elmar Baxşıyev
“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 17-ci turunun “Qarabağ” (0:1) ilə görüşünü şərh edib.
Komanda.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında aşağıdakı fikirləri səsləndirib:
“Oyunun dinamikası xoşuma gəldi. Komandam tempi saxlaya bildi. Layiqli mübarizə apardıq. Heç-heçə də edə bilərdik. Razı qaldım. Komandam istədiyimi meydanda verir.
Dinamika beş gün əvvəlki kimi idi. Tempi aşağı salmadıqları üçün oyunçularıma minnətdaram. İnanıram ki, getdikcə yaxşı oynayacağıq.
Oyunçumuza sarı vərəqə verildiyi üçün etiraz edirdim. Hakimlərin də başçıları var. Onlar da işini görür.
Mövsüm hələ uzundur. İndidən avrokubokları nə mən, nə də komanda düşünür. Vəsiqə qazana bilsək, buna sevinərik”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin