“Heç-heçə bizim üçün pis nəticə deyil” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər veirr ki, 38 yaşlı mütəxəssis 2:2 hesabıyla bitən matçdan sonra təşkil olunmuş mətbuat konfransında bunları söyləyib:
“Çox maraqlı oyunun şahidi olduq. Çempionatdakı 3 həftəlik fasiləyə baxmayaraq, matçın tempi, gərginliyi yerində idi. Mövsümün ən baxımlı görüşlərindən birini izlədik. Hər iki komanda meydana qələbə üçün çıxmışdı. İkinci hissədə daha yaxşı oynadıq. Böyük üstünlüyümüz var idi. Qələbəyə yaxın olsaq da, fürsətlərdən lazımı səviyyədə istifadə edə bilmədik. Buna baxmayaraq, standart vəziyyətlərdən iki baxımlı qol vurduq. Hər iki komanda yaxşı futbol göstərdi. “Sumqayıt” çempionatda ən təhlükəli komandadır. Bunu əvvəlki oyunlarına baxanda da görmək olar. Bu komandaya qarşı matçlar hər zaman çətin olur. İlk dövrədəki oyunumuz da gərgin keçmişdi. Orada da eyni vəziyyət olmuşdu. Biz yaxşı oynamışdıq, rəqib əlinə düşən fürsətləri dəyərləndirmişdi. Bu gün iki dəfə hesabda geri düşdüyümüzü nəzərə alsaq, heç-heçə bizim üçün pis nəticə deyil. Ən azı “Sumqayıt”la xal fərqini saxladıq. “Keşlə”nin məğlub olduğunu eşitdim. Belədə, 1 xal daha da dəyərli olur”.
Bizi Facebook-da izləyin