“Heç-heçə daha ədalətli nəticə olardı” – Tərlan Əhmədov
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 22-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 0:1 hesablıyla məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında öncə bunları deyib:
- Maraqlı, əzmkar oyun izlədik. Bu gün futbolçularımdan razı qaldım. Oyunun ədalətli nəticəsi heç-heçə olardı. Çalışdıq əks-hücumda rəqibə təsir göstərək. Məğlub olmuşuqsa, çox danışmağa dəyməz. Əvvəl də demişdim ki, gərgin oyun keçəcək. Belə də oldu.
- Penalti epizodu haqqında nə deyə bilərsiz?
- Futbolçularıma demişdim ki, rəqibin əks-hücumları təhlükəli olur. Rəqiblə bağlı başqa narahatlığım yox idi. Penalti epizoduna bir daha baxmaq lazımdı.
- Hakimlərə bağlı narazılığınız vardı sanki…
- Hər zaman demişəm ki, bizim hakimlər oyunu tez-tez saxlayır. Belə matçlarda oyunu tez-tez saxlamaq futbolçulara təsir edir.
- Kamran Ağayevin vəziyyəti nə yerdədir?
- Kamranın əlində çat var, artıq əli gipsə qoyulub. Ola bilər ki, uzun müddət bizimlə olmasın.
Aygül Qarayeva
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin