“Heç-heçə tamamilə ədalətli nəticədir” – Naqelsmann
“Bayern”in baş məşqçisi Julian Naqelsmann Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Zalsburq”la heç-heçəni (1:1) şərh edib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 34 yaşlı mütəxəssis heç-heçənin ədalətli nəticə olduğunu bildirib:
“İlk hissədə çoxlu səhvlərə yol verdik və çox top itirdik. Buraxılan qolun qarşısını almaq olardı. İkinci hissədə yaxşı oynadıq, müdafiədə daha çox risk etdik və hesabı bərabərləşdirmək şansı qazandıq.
Maraqlı oyun oldu. Heç-heçə tamamilə ədalətli nəticədir. Təbii ki, qalib gəlmək istərdik. Amma bu qədər gec qol vursan, heç-heçəyə razılaşmalısan”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin