“Heç-heçə ədalətli nəticədir” – De Xea
“Mançester Yunayted”in qapıçısı David De Xea Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə heç-heçə (1:1) etdikləri ilk matç haqda fikirlərini bildirib.
Komanda.az BBC-yə istinadən xəbər verir ki, ispan futbolçu heç-heçənin ədalətli nəticə olduğunu deyib:
“Qələbə qazanmaq istəyirdik. Oyun gərgin keçdi, hər iki komandanın qol şansları oldu. Heç-heçə ədalətli nəticədir.
Fasilədən sonra yaxşı oynadıq, xarakter göstərdik və hesabı bərabərləşdirdik. İndi hər şey “Old Trafford”da həll olunacaq. Şanslar əlli əlliyədir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin