“Belə finalın bir daha baş tutması ehtimalı çətindir” – Ferdinand

“Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand Argentina yığmasının DÇ-2022-nin finalında Fransanı məğlub etməsi (3:3, penaltilər – 4:2) haqda fikirlərini bildirib.

Komanda.az “BBC One”-a istinadən xəbər verir ki, o, Cənubi Amerika təmsilçisinin və “xoruzlar”ın matç boyu təslim olmaq istəmədiyini deyib:

“Məncə, belə finalın bir daha baş tutması ehtimalı çətindir. Təsəvvür etmək də asan deyil: hər iki komanda mübarizə aparır, heç biri təslim olmaq istəmir. Komandalar qol vurur, həm də qol buraxırlar. Fantastika!”

Argentina millisi DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edərək (3:3, penaltilər – 4:2), tarixində üçüncü dəfə dünya çempionatının qalibi olub. Cənubi Amerika təmsilçisi 1978 və 1986-cı illərdə də dünyanın ən güclü komandası adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button