Heç bir rəqiblə maraqlanmırıq – Tərlan Əhmədov
“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında “Səbail”ə 0:3 hesabıyla məğlub olduqları oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Əhmədov matçla bağlı bunları deyib:
Belə oyun haqqında danışmağa çox söz olmur. Üç uşaq səhvimiz oldu, rəqibə oyunu hədiyyə etdik. Mənim üçün də gözlənilməz oldu. Bir neçə futbolçumuzun olmaması oyuna təsirini göstərdi. Çalışacağıq ki, oyunumuzu düzəldək. Hazırlıq oyununda gördüyümüz futbol bu deyildi. Futbolda belə hallar baş verir, ilk oyunda baş verməsi yaxşıdır, analiz edib daha yaxşı oyun göstərmək üçün çalışacağıq.
-Kamran Ağayevə bu gün nə olmuşdu?
– Komandada yeni oyunçular var idi. Müəyyən həyəcanın olması normaldı. Düşünürəm ki, getdikcə daha yaxşı oynayacağıq.
“Zirə”nin məğlub olması sizin oyununuza təsir göstərdi?
-Biz heç bir rəqiblə maraqlanmırıq. Oyun günü rəqibin oyunu haqqında məlumat verilməməsini demişəm. Hər bir futbolçunun səhvi olur.
Aygül Qarayeva
Bizi Facebook-da izləyin