“Hazırkı nəticələr hekayənin yalnız bir hissəsidir” – “Turan Tovuz” rəsmisi

“Turan Tovuz”un idman direktoru Səməd Nəsibov komandanın baş məşqçisi Kurban Berdıyev haqda danışıb.

Komanda.az xəbər verir ki, klub rəsmisi Rusiyanın “sport24.ru” saytına müsahibəsində baş məşqçi postuna niyə məhz Berdıyevi seçdiklərini açıqlayıb:

– “Turan Tovuz” Azərbaycan çempionatında ikinci yerdədir. Budurmu Kurban Berdıyevin xidməti?

– Onun adı futbolda önəmlidir. Berdıyev təkcə bizimlə işləyən ən yaxşı mütəxəssis deyil, həm də, Azərbaycan çempionatının ən güclü mütəxəssislərindən biridir.

– Niyə seçimi Berdıyevin üzərində etdiz? Digər rusiyalı mütəxəssislər arasından seçim etmirdiz?

– Yox, Berdıyev rəqabətdən kənarda idi – onun xeyrinə seçim edildi. Niyə? Hər şey onun biliyi, təcrübəsi və işinə yanaşmasıdır ki, bu da klubumuzun inkişafı və böyüməsi üçün çox vacibdir. Və inanırıq ki, Berdıyevlə bu istiqamətlərdə inkişaf üçün əla şanslarımız var. Hazırkı nəticələr hekayənin yalnız bir hissəsidir.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasında keçirdiyi 10 oyundan sonra 21 xalla ikinci pillədə qərarlaşıb. Tovuzlular bir oyun az keçirən lider “Qarabağ”dan 3 xal geri qalırlar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button