
“Hazırda ən yaxşı formada olmadığımı bilirəm” – “Liverpul”un yeni transferi
Bu yay “Valensiya”dan “Liverpul”a keçidi reallaşacaq Giorgi Mamardaşvili son oyunlarını şərh edib.
Komanda.az “SuperDeporte”-yə istinadən xəbər verir ki, gürcü qolkiper mümkün qədər tez normal vəziyyətə qayıtmaq üçün bütün səylərini göstərdiyini bildirib:
“Hazırda ən yaxşı formada olmadığımı bilirəm, amma əminəm ki, çətinliklər bizi daha da gücləndirir. Mən mümkün qədər tez normal vəziyyətə qayıtmaq üçün bütün səylərimi göstərirəm”.
Mamardaşvilinin daha bir mövsüm də “Valensiya”da qalacağı gözlənilirdi. Ancaq sonda hər şey ona doğru gedir ki, o, yeni mövsümdən “Liverpul”un braziliyalı qapıçısı Alisson Bekkerlə rəqabət aparmalı olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



