Azərbaycan millisinin rəqibinin futbolçusu: “Bu, karyeramdakı ən pis dövr deyil, amma…”

“Real”ın və Uels millisinin futbolçusu Qaret Beyl açıqlama verib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığması ilə qarşılaşacaq millinin kapitanı karyerası və “kral klubu” ilə bağlı bunları deyib:

“Yeni mövsüm başlayanda, insanların mənim haqqımda yaxşı, pis və ya istədikləri hər şeyi danışdıqlarını bilirəm. Bu, karyeramdakı ən pis dövr deyil, amma istənilən halda, belə hallarla necə mübarizə aparacağımı bilirəm. Yaxşı hazırlıq keçmişəm və yeni mövsümə də yaxşı başlamışam.

Keçən mövsümün sonu təkcə mənim üçün deyil, “Real” üçün də çətin bir dövr oldu. Hazırda xoşbəxt olduğumu deyə bilmərəm, amma oynayıram. Mən peşəkar futbolçuyam və meydanda olduğum zaman klub və ya milli üçün əlimdən gələni edərəm”.

Uels – Azərbaycan matçı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button