“Mənə Azərbaycan vətəndaşlığı təklif etdilər” – “Qarabağ”ın sabiq legioneri

Hazırda Ukrayna “Karpatı”sında forma geyinən “Qarabağ”ın sabiq futbolçusu Yaroslav Deda açıqlama verib.

Komanda.az xəbər verir ki, Lvov təmsilçisinin saytına danışan 20 yaşlı hücumçu, “Qarabağ”da olarkən ona Azərbaycan vətəndaşlığı təklif edildiyini deyib:

“Azərbaycan mənə çox şey verdi. “Qarabağ” haqda eşidəndə bir an düşünmədim. Çünki Çempionlar Liqasında oynamaq şansım var idi. Azərbaycanda mentalitet bizimkindən fərqlənir. Əvvəl heç nə hiss etmirdik, qardaşımla bir yerdə idim. Qardaşım ayrıldıqdan sonra iki ay ərzində uyğunlaşdım və özümü evdəki kimi hiss etdim.

2017-ci ilin noyabrında mənə Azərbaycan vətəndaşlığı təklif etdilər. Evə getdim, valideynlərimlə məsləhətləşdikdən sonra imtina etdim. Mən ukraynalıyam, yalnız Ukrayna üçün oynamaq istəyirəm.

“Qarabağ”ın gənc komandasında Çempionlar Liqasının 4 oyununda 3 qol vurdum. Rəqiblərimiz “Roma”, “Atletiko” və “Çelsi” idi. İspaniya səfərində 3 xal qazana bilmişdik. Həmin görüşdə də yeganə qolu vurdum. Gözəl bir təcrübə idi”.

Yaroslav Deda 2017/2018 mövsümündə “Qarabağ”ın U-19 komandasında çıxış edib. O, Ağdam təmsilçisinin heyətində UEFA Gənclər Liqasında da forma geyinmişdi.

Deda 2019-cu ilin yanvarından “Karpatı”da forma geyinir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button