“Turnir cədvəlindəki mövqeyimizdən razı deyilik” – “Sabah”ın məşqçisi

“Sabah”ın baş məşqçisi Jelko Sopiçin köməkçisi Marko Lozo açıqlama verib.

Komanda.az xəbər verir ki, Xorvatiya mətbuatına danışan mütəxəssis, Azərbaycan futbolu ilə bağlı fikirlərini bildirib:

“Əvvəllər Azərbaycan futbolu haqqında çox məlumat yox idi, amma indi yaxşı mənada təəccübləndiyimi deyə bilərəm. İki klub keyfiyyət baxımından fərqlənir, bunlar “Qarabağ” və “Neftçi”dir. Digər komandalar isə eyni səviyyədədirlər. Hazırda çempionatda 8 komanda var, amma növbəti mövsüm 10 olacaq.

Hazırda turnir cədvəlindəki mövqeyimizdən razı deyilik, amma bizdən yuxarıda olan komandalarla xal fərqimiz azdır və məqsədimiz mövsümü üçüncü pillədə başa vurmaqdır. Baş məşqçiyə və mənə burda iş görmək üçün vaxt lazımdır, buna görə də, səbrli olmalıyıq”.

Xorvatiyalı mütəxəssis, koronavirus pandemiyası ilə bağlı ölkədəki vəziyyət haqqında da danışıb:

“Azərbaycanda çempionat bir müddətdir ki, dayandırılıb. Azı mayın sonuna qədər oynamağın təhlükəsiz olmayacağı ilə bağlı rəsmi məlumat aldıq. İlk günlərdə burda hər şey normal idi. Daha sonra kafe və restoranlar saat 15:00-a qədər işləməyə başladı. Bir müddət sonra isə yalnız market və apteklərin açıq olmasına və insanların evlərini tərk etməməsinə qərar verildi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button