Mourinyo pula görə “Liverpul”a “yox” deyib
Hazırda “Tottenhem”i çalışdıran Joze Mourinyo 2004-cü ildə “Liverpul”da baş məşqçilik edə bilərmiş.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Mersisayd təmsilçisi ilə müqavilə imzalamağa yaxın olsa da, “Çelsi”nin prezidenti Roman Abramoviç onunla görüşüb və “Liverpul”lulardan daha çox pul təklif edib.
Bundan sonra isə Mourinyo “Çelsi” ilə müqavilə imzalayıb. 57 yaşlı mütəxəssis 2004-2007-ci illər aralığında “zadəganlar”ı çalışdırıb.
Mourinyo 2019-cu ilin noyabrında “Tottenhem”ə baş məşqçi təyin olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin