
“Hazırda “Real”da hər şey əladır”
“Real”ın hücumçusu Rodriqo Madrid klubundakı atmosferlə bağlı suala cavab verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, hər şeyin çox yaxşı olduğunu deyib:
“Hazırda klubda hər şey əladır. Həmişə olduğu kimi, hər şey çox yaxşıdır”.
Mediada yayılan xəbərlərdə komandanın bəzi üzvlərinin baş məşqçi Xabi Alonsonun oyun sistemindən narazı olduğu bildirilib. Madrid klubu 12 oyundan sonra 31 xalla İspaniya La Liqasının turnir cədvəlində liderdir.
Rodriqo cari mövsümdə “Real”ın heyətində 13 oyunda cəmi 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



