“Hazırda “Qarabağ”ı düşünmürük” – “Sileks”in futbolçusu

“Qarabağ”ın UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi “Sileks”in futbolçusu Xristian Qrozdanovski açıqlama verib.

Komanda.az “gol.mk” saytına istinadən xəbər verir ki, çempionatda “Pelister”lə keçirəcəkləri oyunla bağlı danışan futbolçu, “Qarabağ” haqqında düşünmədiklərini bildirib:

“Hazırda “Qarabağ”ı düşünmürük. Bu oyundan sonra səfərə və avrokuboklara köklənəcəyik. Qarşımızda çətin oyun var. Oyuna hazırıq və bu oyundan da məmnun ayrılacağımıza inanıram”.

“Qarabağ” – “Sileks” oyunu avqustun 18-də keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button