Xavi: “İki dəfə “Barselona”ya “yox” demişəm”
Hazırda Qətərin “Əl Sədd” komandasını çalışdıran Xavi keçmiş klubu “Barselona”dan baş məşqçilik təklifi alıb.
Komanda.az xəbər verir ki, bu barədə 41 yaşlı mütəxəssis “Mundo Deportivo”ya açıqlamasında deyib:
“Əl Sədd”lə müqaviləmi iki illik uzatdım. Digər klublardan gələn təkliflərə açığıq. İndi prioritetim ailəmdir və ayrılmağa ehtiyac duymuram. Təkcə “Əl Sədd”də deyil, 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının bir sıra layihələrində iştirak edirəm. Burda vacib rol oynayacam.
“Barselona”nın hazırda baş məşqçisi var. Ronald Kuman hörmət edilməli bir şəxsdir. Bundan başqa, keçmiş klubuma qayıtmağa tələsmirəm. Hər şeyin öz vaxtı var. Daha əvvəl iki dəfə “Barselona”ya “yox” demişəm. Bunun müxtəlif səbəbləri var idi. Bu haqda danışmaq çətindir, mən “Barselona” azarkeşiyəm. Lakin hər şeyin öz vaxtı var”.
Bizi Facebook-da izləyin