“Hazırda özümü yaxşı hiss edirəm” – Koronavirusa yoluxan məşqçi
Koronavirus pandemiyasına yoluxaraq, karantinə alınan “Arsenal”ın baş məşqçisi Mikel Arteta açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, 11 gündür karantində olan mütəxəssis, hazırkı vəziyyəti ilə bağlı danışıb:
“Pandemiyaya görə test verdim və növbəti gün virusa yoxulduğumu bildirdilər. Bunu Premyer Liqa rəhbərliyinə bildirdik, çünki mənimlə təmasda olan hər kəsin karatinə alınması lazım idi.
Hazırda özümü yaxşı hiss edirəm. Daha çox enerji toplamaq və bəzi simptomların itməsi 3-4 gün çəkdi. Amma indi daha yaxşıyam”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin