“Hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır” – Rəşad Sadıqov

“Yaxşı oyun oldu. Hər iki komandanı buna görə təbrik edirəm”.

Komanda.az xəbər verir ki, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov bu gün “Sabah”a qarşı Premyer Liqanın 35-ci turunun ev oyunundan (1:1) sonra keçirilən mətbuat konfransında bildirib.

Onun dediyinə görə, turnir cədvəlində bütün vəzifələrini artıq yerinə yetirmələrinə baxmayaraq, hər oyuna maksimum nəticə üçün çıxırlar:

“Amma hazırda nəticədən çox oyunun özü bizi maraqlandırır”.

Sadıqov qeyd edib ki, ikinci hissədə komandasından gözlədiyi oyunu görüb:

“Bəli, rəqibin təhlükəli epizodları oldu, amma biz intizamı qoruyaraq diqqətıi oyun sərgilədik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button