“Hazırda “Mançester Siti” 25 xal irəlidə olsaydı…”
İngiltərənin “Arsenal” klubunun sabiq futbolçusu Pol Merson koronavirus pandemiyası səbəbiylə dayandırılan Premyer Liqayla bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Merson, çempionatın davam etdirilməyəcəyi halda, “Liverpul”un çempion elan edilməsinə etirazını bildirib:
“Bəli, hazırda “Liverpul” 25 xal irəlidədir. Ancaq sabah hansısa dostumla oyun oynasam və qalib gəlmək üçün 25 xala ehtiyacım olduğu vaxt o, “oyun bitdi, qalib gəlməyin mənası yoxdur” desə, növbəti iki həftə “amma mən bu oyunda qalib gələ bilərdim” deyəcəm.
Onlar üçün narahat olduğunuzu görürəm, 30 ildir çempionluq gözləyirlər. Amma hazırda “Mançester Siti” 25 xal irəlidə olsaydı, bu vəziyyət kimisə maraqlandırmazdı. Çünki onlar onsuz da bir neçə ildir bu titulu qazanırlar. Mən də “Liverpul” üçün narahat oluram, indi onlara çempionluq versəniz də, onlar riyazi olaraq bunu qazanmayıblar. “Liverpul”un qalib gələcəyini hamımız bilirik, amma bu, eyni şey deyil”.
Bizi Facebook-da izləyin