“Nə olur, olsun, “Qarabağ”ın qazanacağından əminəm”

Hazırda karyerasını Türkiyənin “Fatih Karagümrük” klubunda davam etdirən “Qarabağ”ın sabiq futbolçusu Boyan Şaranov açıqlama verib.

Komanda.az “kerkida.net” saytına istinadən xəbər verir ki, serbiyalı qapıçı, Ağdam təmsilçisinin Avropa Liqasında APOEL-lə qarşılaşacağı oyun haqda danışıb:

“Qarabağ”ın APOEl-lə ev oyununu izlədim. Qələbə qazana bilərdilər, ancaq işləri istədikləri kimi getmədi. Nə olur, olsun, “Qarabağ”ın qazanacağından əminəm. Bəli, kiprlilərlə səfərdə oynamaq çətindir, ancaq “Qarabağ” orda yaxşı nəticə qazanacaq”.

Boyan Şaranov 2016/17 mövsümündə “Qarabağ”ın formasını geyinib.

Noyabrın 7-də keçiriləcək APOEL – “Qarabağ” oyunu saat 21:55-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button