“Liverpul”un sabiq futbolçusu WADA-nı məhkəməyə verdi
Hazırda karyerasını “Kristal Pelas”da davam etdirən “Liverpul”un sabiq futbolçusu Mamadu Sako Ümumdünya Antidopinq Agentliyini (WADA) məhkəməyə verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb, qurumun futbolçudan götürülən dopinq testlərində səhvə yol verməsi olub.
2016-cı ilin aprelində futbolçunun dopinq testi zamanı qadağan edilmiş maddə tapıldığı üçün o, 30 günlük futboldan kənarlaşdırılmışdı. Müdafiəçi bu səbəbdən Avropa Liqasının “Liverpul”la “Sevilya” arasında keçirilən final matçında iştirak edə bilməmişdi. Sako, 30 günlük qadağaya görə Fransa milli komandasındakı yerini də itirmişdi.
Dopinq testdə tapılan maddənin qadağan olunmadığı üzə çıxdıqdan sonra fransız müdafiəçi bəraət qazanmışdı. “Liverpul”dan ayrıldıqdan sonra futbolçu kimi qazancının və şəxsi markasının dəyərinin azaldığını iddia edən Sako, WADA-dan 14,5 milyon avro təzminat tələb edərək, qurumu məhkəməyə verib.
Bizi Facebook-da izləyin