“Hazırda göyün yeddinci qatındayam”

“Vest Hem”in hücumçusu Carrod Bouen Avropa Konfrans Liqasının “Fiorentina” ilə final matçını (2:1) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, çempionluğu gətirən qolu vurduğu üçün xoşbəxt olduğunu deyib:

“Oyundan öncə qol vurmağı xəyal edirdim, amma bu qədər vacib qol vuracağımı düşünmürdüm. Sadəcə xoşbəxtəm. Fikirlərimi sözlə ifadə edə bilmirəm. Yaxşı mövsüm keçirdik. Hazırda göyün yeddinci qatındayam”.

Xatırladaq ki, “çəkicdöyənlər” 58 ildən sonra ilk dəfə avrokubokların final görüşündə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button