“O, bu barədə mənə heç nə deməyib” – Flik
“Bavariya”nın baş məşqçisi Hansi Flik futbolçusu Jerom Boatenqlə bağlı açıqlama verib.
Komanda.az Almaniya mətbuatına istinadən xəbər verir ki, son vaxtlar adı “Arsenal”la yanaşı çəkilən 31 yaşlı futbolçu haqqında danışan Flik, məsələylə bağlı bunları deyib:
“Boatenq “Bavariya”nın futbolçusudur. Transfer söz-söhbətlərinə görə narahat deyiləm və olmayacam. Onunla daim ünsiyyətdəyəm və o, bu barədə mənə heç nə deməyib. Bundan sonra vəziyyətin necə olacağını görəcəyik, amma hazırda Boatenqin komandadan gedişini təsəvvür edə bilmirəm”.
Bir müddət əvvəl “Arsenal”ın “Bavariya” ilə danışıqlara başladığı və almaniyalı müdafiəçinin tezliklə London klubu ilə rəsmi müqaviləyə imza atacağı deyilirdi.
2011-ci ildən “Bavariya”da forma geyinən Boatenqin müqaviləsi 2021-ci ilin yayına qədərdir. Almaniya millisinin keçmiş üzvü olan müdafiəçi, bu mövsüm Bundesliqada 9 oyuna çıxıb.
Bizi Facebook-da izləyin