“Barselona”yla oyunda yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik” – Konte
UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində “Slaviya” ilə qarşılaşacaq “İnter”in baş məşqçisi Antonio Konte açıqlama verib.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, italiyalı mütəxəssis, turnirdə uğurlu olmaq üçün mübarizə aparacaqlarını deyib:
“Azarkeşlərimizi qürurlandırmaq və onların zövq alacağı futbol oynatmaq istəyirəm. Hazırda bir hədəf müəyyənləşdirmək çətindir. Oyunlar keçdikdə nələr olacağını görəcəyik. Əsas olan, meydanda əlimizdən gələnin daha yaxşısını etmək və oyunun sonunda peşman olmamaqdır”.
50 yaşlı mütəxəssis, qrup mərhələsində “Barselona” ilə rəqib olmaları haqqında da danışıb:
“Barselona”yla oyunda yaxşı nəticə qazanmaq üçün hər şey edəcəyik. Onların bizimlə eyni qrupda mübarizə apardığı üçün xoşbəxt olmadığına əminəm. Böyük komandayla qarşılaşmaq səviyyəmizi bilmək üçün çox yaxşı olacaq”.
“İnter” turnirin F qrupunda “Barselona”, “Borussiya” (Dortmund) və “Slaviya” ilə eyni qrupda mübarizə aparacaq.
“İnter” – “Slaviya” matçı bu gün, saat 20:55-də start götürəcək.
Bizi Facebook-da izləyin