Starric Premyer Liqaya qayıdır

Hazırda azad agent olan Daniel Starric yenidən İngiltərə Premyer Liqasına qayıdır.

Komanda.az xəbər verir ki, 31 yaşlı hücumçu “Aston Villa” klubu ilə danışıqlar aparır. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Xəbərdə, Starricin yaxın zamanda Premyer Liqa klubu ilə rəsmi müqavilə imzalayacağı bildirilir.

“Aston Villa”nın yetirməsi olan Starric, daha əvvəl İngiltərədə “Mançester Siti”, “Bolton”, “Vest Bromviç”, “Çelsi” və “Liverpul” kimi komandalarda çıxış edib. Hücumçu son olaraq Türkiyə “Trabzonspor”unun formasını geyinib.  

İngiltərə yığmasında 26 oyunda 8 qol vuran Starric, martdan klubsuzdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button