Slot: “Hazırda Avropanın ən yaxşı komandası hələ də “Real”dır”

UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyunu öncəsi “Liverpul”un baş məşqçisi Arne Slot jurnalistlərin öz komandasını Avropanın ən yaxşısı hesab edib-etməməsi ilə bağlı sualını cavablandırıb.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı bunun çox gözəl iltifat olduğunu deyib:

“Bu, çox gözəl iltifatdır, ancaq heç nə demək deyil. Ən yaxşı komanda Çempionlar Liqasını qazanandır və hazırda biz həqiqətən də qaliblər sırasında deyilik.

Hazırda Avropanın ən yaxşı komandası hələ də “Real”dır, çünki ötən il Çempionlar Liqasını qazanıblar. İnsanlar istədiklərini deyə bilərlər, ancaq bizə bu ada layiq olmaq üçün çempion olmaq lazımdır”.

Bu gün baş tutacaq PSJ – “Liverpul” matçı saat 00:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button