“Hazırda avrokuboklar haqda düşünmürük” – Azər Bağırov
“Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 10-cu turu çərçivəsində “Qəbələ”yə qarşı keçirdikləri səfər oyununu şərh edib.
Komanda.az xəbər verir ki, o, 4:1 hesabıyla qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Oyun bizim üçün gərgin başladı. Məğlub da ola bilərdik. Futbolçular vaxtında “ayıldılar”, qolu lazımi anda vurduq. Ondan sonra lazım olan işləri fərqli görməyə başladıq. Bundan sonra rəqib müdafiədə açıldı.
Oyunun ilk 20 dəqiqəsində müdafiədə zəif çıxış etdik. Bunu aradan qaldırmalıyıq.
İndiki məqamda avrokuboklar haqda yox, daha yaxşı “Araz-Naxçıvan” qurmaq haqda düşünürük”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin