“Hazırda açıqlanacaq heç bir şey yoxdur” – Noyer
Almaniya Bundesliqasının 26-cı turunda “Yunion”a qalib gələn “Bavariya”nın qapıçısı Manuel Noyer oyundan sonra açıqlama verib.
Komanda.az xəbər verir ki, yerli mətbuata danışan alman qolkiper, Münhen klubu ilə yeni müqavilə ilə bağlı aparılan danışıqlar barədə danışıb:
“Hazırda açıqlanacaq heç bir şey yoxdur. “Bavariya”da oynadığım üçün xoşbəxtəm və onlar da məni kapitan, qapıçı olaraq görməkdən məmnundurlar. İki tərəf də yeni müqavilə ilə bağlı nikbindir, amma hələ ki, razılıq əldə edə bilməmişik”.
Noyerin hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin