“Mançester Yunayted”in sabiq üzvü karyerasını bitirir

Hazırda ABŞ-ın “Kolorado Rapids” klubunda forma geyinən Tim Hovard karyerasını bitirir.

Komanda.az xəbər verir ki, bu barədə MLS təmsilçisinin rəsmi saytı məlumat yayıb. Sabah keçiriləcək “Kolorado Rapids” – “Dallas” oyunu Hovard üçün sonuncu matç olacaq.

Hovard futbolçu karyerası ərzində “Everton”, “Mançester Yunayted” kimi klublarda forma geyinib. O, 121 dəfə də ABŞ millisinin şərəfini qoruyub.

“Kolorado Rapids” – “Dallas” matçı sabah, saat 03:30-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button