“Onlar daha çox pula layiqdirlər” – Runi
Hazırda ABŞ-ın “Di-Si Yunayted” klubunda forma geyinən Ueyn Runi açıqlama verib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ingilis oyunçu, ABŞ futbolundakı məvacib problemindən danışıb:
“Düşünürəm ki, amerikalı futbolçulara kifayət qədər məvacib verilmir. Məncə, onlar daha çox pula layiqdirlər. Bunu özüm nəsə fayda əldə edim deyə demirəm. Onsuz da mən gələn il burda olmayacam. Klublar lazım gəldikdə xüsusi uçuşlar da təşkil etməlidirlər”.
Runi 2020-ci ilin yayından karyerasını İngiltərənin “Derbi Kaunti” klubunda davam etdirəcək. O, Çempionşip təmsilçisində oyunçu-məşqçi olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin