
Adı top-klublarla hallanan futbolçu: “Hər şey ola bilər”
“Leyptsiq”in hücumçusu Benjamin Şeşko onun oyununa başqa klubların marağının artmasına münasibət bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sloveniyalı forvard açıq şəkildə fikrini Almaniya klubuna yönəltdiyini bildirib:
“Hazırda yüz faiz diqqətimi “Leyptsiq”ə cəmləmişəm. Və sonra nə olacağını görəcəyik. Hər şey açıqdır, hər şey ola bilər”.
Sloveniya millisinin üzvü ilə “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Yunayted” və “Nyukasl” maraqlanır.
21 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 21 qol vurub və 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin