“Hazırda ən yaxşı formamda deyiləm, amma…” – Qrizmann
Yoxlama oyununda Boliviya yığmasına 2:0 hesabı ilə qalib gələn Fransa millisinin üzvü Antuan Qrizmann açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Türkiyə ilə keçirəcəkləri matç haqqında danışan 28 yaşlı hücumçu, bunları deyib:
“Rahat bir matça ehtiyacımız olduğu üçün Boliviya millisi ilə oynadıq. Türkiyədə çox çətin bir oyun keçirəcəyik. Bu matça ən yaxşı şəkildə hazırlaşmalıyıq. Hazırda ən yaxşı formamda deyiləm, amma Boliviya ilə matç mənə kömək etdi. Çox yaxşı komandamız var və AÇ-2020-yə getmək üçün çalışmalıyıq”.
Türkiyə – Fransa matçı iyunun 8-də, saat 22:45-də start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin