“Hazırda əla komandamız var”

“Atletiko”nun və Argentina millisinin hücumçusu Xulian Alvares 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çili yığmasına qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Argentina millisi 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu məhz Alvares vurub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu əla qol vurduğunu bildirib:

“Əla qol vurdum. Komandamız ilk 45 dəqiqədə yaxşı çıxış etdi, ancaq fasilədən sonra bir qədər zəiflədi. Buna baxmayaraq, yaxşı oynadıq. Hazırda əla komandamız var. Ehtiyatdan daxil olan futbolçular da oyuna çox yaxşı uyğunlaşırlar”.

Argentina millisi bu nəticədən sonra 34 xal toplayaraq, seçmə mərhələnin turnir cədvəlində liderliyi təmin edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button