“Hazırda ən məntiqli qərar mövsümün etibarsız elan edilməsidir”
Fransanın “Lion” klubunun prezidenti Jan-Mişel Olas koronavirus pandemiyası səbəbiylə dayandırılan Liqa 1-lə bağlı açıqlama verib.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, klub rəhbəri, cari mövsümün nəticələrinin ləğv olunmasını istəyib:
“Hazırda ən yaxşı qərar mövsümün etibarsız elan edilməsidir. Turnirin reqlamentində mövsümün sonunda turnir cədvəlinin son pillələrində qərarlaşan komandaların liqanı tərk etməsi nəzərdə tutulur. Fərqli bir qərar baha başa gələcək məhkəmə proseslərinə səbəb ola bilər. Hazırda ən məntiqli qərar mövsümün ləğv edilməsi və çempionatın yeni mövsümdən başlanılmasıdır.
Avrokuboklara qatılacaq komandalara gəlincə, hər zamankı qaydalar bu dəfə turnir cədvəlinin üst pilləsində olan komandalara tətbiq olunmalıdır”.
Bizi Facebook-da izləyin