Hazır olduğumuza əmin olmalıyıq – Klopp

İngiltərə Premyer Liqasının son turunda “Kristal Pelas”a 4:3 hesabıyla qalib gələn “Liverpul”un baş məşqçisi Yurgen Klopp, matçdan sonra açıqlama verib.

Komanda.az İngiltərə  mətbuatına istinadən xəbər verir ki, alman mütəxəssis qələbənin çətin olduğunu deyib:

“Bu futbolçular real döyüşçülərdir. Döyüşü və qələbəni sevən bir komanda var. Mən bunu sevirəm. Bu, çox uğurlu qələbə oldu. Meydanda, stadionda olan insanların üzünü görmək çox gözəl idi”.

51 yaşlı mütəxəssis heyətdəki zədəlilər haqqında da danışıb:


“Heyətdəki zədəlilərin sağalması üçün zamana ehtiyacımız var. Ümid edirəm ki, növbəti oyuna qədər onlardan bir neçəsi geri qayıdar. Təəssüf ki, Ceyms Milner qırmızı vərəqə səbəbiylə olmayacaq. Kifayət qədər futbolçumuz olduğu müddətcə, çıxış yolu tapacağıq. Sadəcə, hazır olduğumuza əmin olmalıyıq. Dekabrdakı kimi, yanvarda da çətin oyunlarımız oldu, amma futbolçularımız göstərdilər ki, hər oyunda mübarizə aparmağa hazırdılar. Bu, vacibdir”.