“Hazardla oynamaq mənim üçün xoş idi” – Kante
“Çelsi”nin futbolçusu Nqolo Kante Avropa Liqasının finalında “Arsenal”ı məğlub etdikləri (4:1) oyundan sonra fikirlərini bildirib.
Komanda.az “goal.com”a istinadən xəbər verir ki, fransız yarımmüdafiəçi “Çelsi”dən ayrılacağı gözlənilən Eden Hazard haqda danışıb:
“Hazard burda inanılmaz işlər gördü. O, “Çelsi”də uzun müddət oynadı, müxtəlif titullar qazandı. Buna görə, onun adına xoşbəxtik. Hazardla oynamaq mənim üçün xoş idi”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin