“O, karyerasının son iki ili ona baha başa gəldiyi üçün bu qərarı verib”
“Atletiko”nun yarımmüdafiəçisi Aksel Vitsel “Real”ın sabiq hücumçusu Eden Hazardın karyerasını bitirmək qərarına münasibət bildirib.
Komanda.az AS-a istinadən xəbər verir ki, belçikalı futbolçu, Hazardın fantastik karyerası olduğunu bildirib:
“Hazard mənim qardaşımdır, uzun illər millidə bir yerdə oynamışıq. Fikrimcə, onun fantastik karyerası olub. Ancaq son illərdə hər şey bir az daha mürəkkəbləşdi. Düşünürəm ki, o, karyerasının son iki ili ona baha başa gəldiyi üçün bu qərarı verib. Futbolçu ciddi zədə alanda özünü mənəvi baxımdan çox yaxşı hiss etmir. Və sonda, hər gün məşqə davam etmək istəyinizin olub-olmadığını hiss etməlisiz. Vücudunuz və başınız bunu sizə deməlidir”.
Hazard “Çelsi” ilə iki dəfə İngiltərə Premyer Liqasının, “Real”la iki dəfə La Liqanın, bir dəfə isə Çempionlar Liqasının qalibi olub.
Bizi Facebook-da izləyin