
Hazardın son şansı
Belçikalı hücumçu Eden Hazard DÇ-2022 barədə fikirlərini bölüşüb.
Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ın futbolçunu dünya çempionatında özünü sübut edəcəyini iddia edib:
“Oynamayanda çətin olur. Futbol mənim həyatımdır və mən sadəcə oynamaq istəyirəm. Bəlkə də, DÇ-2022 hamıya özümü sübut etmək üçün son şansdır. Mən hamıya sübut etməliyəm ki, futbol oynaya bilərəm”.
DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Belçika millisi Kanada, Mərakeş və Xorvatiya ilə eyni qrupda mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin