
Hazard “Real”la razılaşıb? – Açıqladı
“Çelsi”nin futbolçusu Eden Hazard Premyer Liqada “Vest Hem”i məğlub etdikləri oyundan (2:0) sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, İngiltərə mətbuatına danışan belçikalı futbolçu, mövsümün sonuna qədər ancaq London təmsilçisi haqda düşünəcəyini deyib:
“Real”la razılaşdığımı iddia edənlər yanılırlar. Hazırda bütün diqqətim “Çelsi”dədir. Mövsümün sonuna qədər “Çelsi”nin hədəflərini düşünəcəm. Premyer Liqanı ilk 4-lükdə bitirmək və Avropa Liqasını qazanmaq istəyirik. Hələ görəcəyimiz işlər çoxdur. Nələr olacağını görəcəyik”.
İngiltərə mətbuatı Hazardın “Real”la razılaşdığını iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin