Təklif yoxdur
“Real”ın futbolçusu Eden Hazard İspaniya klubundan ayrılmaq istəyir.
Komanda.az “OK Diario”-ya istinadən xəbər verir ki, Madrid klubu 31 yaşlı belçikalı futbolçu üçün hələ də rəsmi təklif almayıb. Eyni zamanda, Hazardın icarəyə götürülməsi ilə bağlı “kral klubu”na müraciət edilməyib.
Hazard öncədən əvvəlki formasını bərpa etmək üçün MLS-də çıxış etməyi uğurlu variant hesab edirdi.
Belçikalı oyunçunun “Real”la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir. O, bu mövsüm 6 oyuna çıxıb və 1 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin