Hazard niyə MLS-də oynamaq istəməyib?
“Real”ın və Belçika millisinin keçmiş yarımmüdafiəçisi Eden Hazard etiraf edib ki, karyerasını bitirməzdən əvvəl MLS komandasına keçmək barədə düşünüb.
Komanda.az “Goal”-a istinadən xəbər verir ki, belçikalı sabiq futbolçu MLS-in o qədər də pis olmadığını bildirib:
“Əvvəlcə özümə dedim ki, Amerikaya gedib iki-üç il orada oynayacam. MLS o qədər də pis deyil. Amma bu təkcə futbolla bağlı deyil, o zaman bütün ailə hərəkət etməli olacaqdı. Bu, məni düşündürdü.
Düzünü desəm, daha futbol oynamaq istəmirdim. Həqiqətən davam etmək istəsəydim, köçməli olsam belə, yaşamağa bir yer tapardim. Amma mənə daha lazım deyil. Mən sadəcə daha çox pul qazanmaq üçün Avropadan ayrılmaq istəmədim və iki-üç həftə sonra niyə bunu etdiyimə təəccübləndim”.
Hazard 2023-cü ildə karyerasını bitirdiyini açıqlayıb. Onun son klubu “Real” olub. O, “Çelsi” və “Lill”də də çıxış edib.
Bizi Facebook-da izləyin