
“Hazard indi olduğu yerdə xoşbəxtdir”
“Real”ın futbolçusu Eden Hazardın qardaşı Kilian açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kilian, qardaşının “Real”dan ayrılmaq ehtimalının az olduğunu deyib:
“Eden Hazard indi olduğu yerdə xoşbəxtdir. Ailəsi də hər şeydən razıdır. Onun “Real”la 2024-cü ilə qədər müqaviləsi var. Düşünürəm ki, bu müddətin sonuna qədər klubda qalacaq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin