Hazard hələ də ümid edir

“Real”ın yarımmüdafiəçisi Eden Hazard İspaniya kubokunun “Osasuna” ilə final matçından sonra (2:1) açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, daha çox forma şansı qazanmaq istədiyini dilə gətirib:

“Çətin il oldu. Lakin bu mövsümü böyük klubda keçirdim. Baş məşqçi və futbolçularla yaxşı münasibətim var.

Meydançada mübarizə aparmaq istəyirəm. Bunun çox çətin olduğunu bilirəm. Öz üzərimdə işləməliyəm. Hələ də ümid edirəm ki, daha çox meydana çıxa biləcəm”.

Belçikalı futbolçu cari mövsümdə “kral klubu”nun heyətində bütün turnirlər daxil olmaqla 9 oyuna çıxıb, 1 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button