“Hazard Messi və Ronaldo ilə eyni səviyyədə idi” – Sabiq futbolçu

“Çelsi”nin sabiq müdafiəçisi Con Terri Eden Hazardın London klubunda çıxışı zamanı göstərdiyi oyunu xatırladıb.

Komanda.az “Give me Sport”-a istinadən xəbər verir ki, ingiltərəli keçmiş futbolçu, Hazardın çıxışı zamanı sehr göstərdiyini bildirib:

“Hazard “Çelsi”nin ən istedadlı oyunçusu idi. O, çıxışı zamanı meydanda sehr göstərirdi. Lionel Messi və Kriştiano Ronaldo ilə eyni səviyyədə idi”.

Hazard 2023-cü ildə, 32 yaşında peşəkar futboldan ayrılıb. O, “Royal Stade Brenois”, “Tubize”, “Lill”, “Çelsi” və “Real” kimi komandalarda çıxış edib.

Belçikalı sabiq futbolçu ən çox oyununu “Çelsi”nin heyətində keçirib – 352. O, London klubunda çıxış edən zaman 2 dəfə İngiltərə çempionu, 2 dəfə Avropa Liqasının qalibi olub. Hərəsi bir dəfə olmaqla isə İngiltərə kuboku və İngiltərə Liqa kubokunu qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button