“Hazard artıq futbol oynamaq həvəsini itirib” – Keçmiş futbolçu
Serbiyalı sabiq hücumçu Predraq Miyatoviç “Real”ın yarımmüdafiəçisi Eden Hazardın oyunundakı enişdən danışıb.
Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, “Real”ın keçmiş futbolçusu Hazardın futbol oynamaq həsəvini itirdiyini deyib:
“Klub heç nə edə bilməz, Hazardı indi satmaq qeyri-realdır. O, artıq futbol oynamaq həvəsini itirib. “Real” onu qalan bir ildə – müqaviləsinə uyğun olaraq, saxlamalı olacaq”.
Hazard 2019-cu ilin yayından Madrid klubunda çıxış edir.
32 yaşlı belçikalı futbolçu bu mövsüm “Real”ın heyətində 9 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin