Hazard ən yaxşı seçildi
Belçikada 2018-ci ilin ən yaxşı futbolçusu məlum olub.
Komanda.az xəbər verir ki, “Çelsi”nin hücumçusu Eden Hazard ötən ilin ən yaxşısı seçilib. Bu barədə Belçika Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
Hazard 14974 səslə qalib olub. Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Aksel Vitsel 3801 səslə 2-ci, “Mançester Siti”nin futbolçusu Kevin de Bruyne isə 2005 səslə 3-cü olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin