
“Bayern”in prezidentinin Çempionlar Liqasındakı favoritləri
“Bayern”in prezidenti Herbert Hayner UEFA Çempionlar Liqasının bu mövsümünün favoritlərini açıqlayıb.
Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, o, “Real”ın hər zaman bu siyahıya daxil edilməli olduğunu deyib:
“Real” həmişə bu siyahıya daxil edilməlidir. Ənənəvi iddiaçılar da var: “Mançester Siti”, “Liverpul”, PSJ və “Bayern”. “Barselona” da çox maraqlı futbolçular toplayıb, onun adını çəkməmək olmaz”.
Sentyabrın 13-də Münhen klubu Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində “Barselona” ilə qarşılaşacaq. Oyun Münhendəki “Alyans Arena”da baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin