“Hayduk”la oyun üçün Mahiri seçdilər – FOTO
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Dinamo” (Zaqreb) bu gün Xorvatiya çempionatında növbəti matçını keçirəcək.
Komanda.az xəbər verir ki, Zaqreb komandası 9-cu turdan təxirə salınmış görüşdə “Hayduk”un qonağı olacaq. Matç saat 21:00-da başlayacaq.
“Dinamo” bu oyun üçün xüsusi poster hazırlayıb. Posterdə Mahir Emrelinin şəkli yer alıb.
31-ci turun “İstra” ilə matçında da poster hazırlanmışdı və posterə Emrelinin şəkli vurulmuşdu.
Mahir son iki turda Xorvatiya çempionatında 2 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin