“Hayduk” – “Zirə” matçının hakimləri açıqlandı

Xorvatiyada yerli “Hayduk” və “Zirə” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununu italiyalı hakim idarə edəcək.

Komanda.az xəbər verir ki, FİFA referisi Luka Payrettoya Cüzeppe Perrotti və Xaled Bahri kömək edəcək. Dördüncü hakim funksiyasını Paride Tremolada yerinə yetirəcək.

Oyun iyulun 31-də, saat 23:00-da start götürəcək. Tərəflər arasında ilk görüş iyulun 23-də Bakıda olacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button