“Çelsi” azarkeşləri mənim ayrılmağıma görə qəzəbləndilər” – Alman futbolçu

“Arsenal”ın yarımmüdafiəçisi Kay Haverts “Çelsi”dən ayrılması haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, “Çelsi” azarkeşlərinin onun komandadan ayrılmasına qəzəbləndiklərini bildirib:

“Çelsi”dən “Arsenal”a keçid buna dəyərdi. “Çelsi” azarkeşləri mənim ayrılmağıma görə qəzəbləndilər. “Arsenal” azarkeşləri də əvvəllər işlər yaxşı getmədiyi üçün xoşbəxt olmadılar. Baş məşqçinin, komanda yoldaşlarının və yaxın insanların səni dəstəkləməsi sənə güc verir”.

24 yaşlı yarımmüdafiəçinin “Arsenal”a transferi 2023-cü ilin iyulunda baş tutub. O, bu mövsüm 51 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib. Futbolçunun “topçular”la hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button